Hindistanda neftçiləri daşıyan vertolyot dənizə düşüb

Hindistanda yerli Neft və təbii qaz komissiyasının üzvlərini daşıyan vertolyotun qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

Azadinform "Indian Express"ə istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü səhər saatlarında baş verib.

Göyərtəsində 7 nəfərin, o cümlədən 5 neftçinin olduğu hava gəmisi Hindistanın qərb sahillərində qəzaya uğrayıb.

Vertolyotla əlaqə uçuşdan bir qədər sonra kəsilib. Hava gəmisi Ərəb dənizində yerləşən neft quyularından birinə gedirmiş. Elə həmin gün xilasedicilər Mumbaydan 50 km məsafədə, suda vertolyotun qalıqlarını tapıblar. Xilasetmə işləri davam etdirilir.

Qəzanın bütün səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır. Xilasedicilərin məlumatına görə, vertolyot suya 60 metr hündürlükdən düşüb.

14.01.2018 13:51 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo