Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxaraq aşıb

Türkiyənin "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə Trabzon aeroportuna eniş zamanı zolaqdan kənara çıxıb.

Azadinform xəbər verir ki, bu barədə bazar günü yerli televiziya məlumat yayıb.

Bildirilir ki, təyyarə Ankaradan Trabzona uçub. Qəzanın səbəbləri barədə məlumat verilmir.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarənin göyərtəsində 162 sərnişin və 6 heyət üzvü olub. İnsanlar xilasedici pilləkanlar vasitəsi ilə təxliyyə edilib.

14.01.2018 13:37 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo