Rusiyada qar uçqunu nəticəsində iki nəfər ölüb

Rusiyanın Xakasiya Respublikasının Orconikidze rayonunda baş vermiş qar uçqunu nəticəsində 2 nəfər ölüb.

Azadinform xəbər verir ki, bu barədə məlumatı bazar günü Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə regional idarəsi yayıb.

"Xilasedicilər hadisə yerinə gəlincəyə qədər, turistlər qarın altından ölmüş iki kişinin meyitini aşkar ediblər", - deyə TASS xilasedicilərin sözlərini sitat gətirib.

Qar uçqunu ötən gün baş verib və hadisə yerinə yalnız qar kvadrasiklı ilə getmək mümkün olub.

14.01.2018 13:12 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo