ABŞ-da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatının cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Azadinform-un "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, hələ də 5 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, torpaq sürüşməsi ilə bağlı xilasetmə əməliyyatları 2 minə qədər xilasedicinin iştirakı ilə 5 gündür ki, davam edir. Hidrometeoroloqlar gələn həftə Kaliforniya ştatının cənubunda yeni yağışların gözlənildiyini və bunun da növbəti torpaq sürüşmələrinə yol aça biləcəyi barədə xəbərdarlıq edib. 

14.01.2018 12:21 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo