Bakıda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

AZADİNFORM. Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər xəsarət alıb.

Azadinform-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

14.01.2018 11:26 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo