Braziliyada yol qəzası nəticəsində azı 13 nəfər ölüb

Braziliyanın Minas Jerays ştatında ağır yol qəzası nəticəsində azı 13 nəfər ölüb, 39 nəfər xəsarət alıb.  

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iki mikroavtobus, iki minik və yük maşını toqquşduqdan sonra hadisə yerində yanğın başlayıb, yolun  hər iki istiqamətdə avtomobillərin hərəkətində problem  yaranıb.

Qəza Belu-Orizonti şəhərinə aparan magistral yolda baş verib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, araşdırma aparılır.

14.01.2018 10:59 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo