İranda "Telegram"-a giriş məhdudiyyəti aradan qaldırılıb

İran hakimiyyəti "Telegram"-a girişə məhdudiyyəti aradan qaldırıb.

Azadinform-un məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hazırda İran sakinləri yenidən "Telegram" messencerindən istifadə edir.

Qeyd edək ki, 28 dekabr 2017-ci ildə İranda başlayan etiraz aksiyalarından sonra dekabrın 31-də  "Reuters" agentliyi hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb. Yanvarın 7-də İran hakimiyyəti "Instagram" sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.

14.01.2018 10:17 / Baxılıb: 138 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo