"Real Madrid" öz meydanında məğlubiyyətlə üzləşib

"Real Madrid" klubu İspaniya La Liqasının XIX tur matçında evdə "Vilyarreal"a uduzub.

Azadinform-un məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 0:1.

Yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub. Bu qələbə sayəsində xallarını 31-ə çatdıran "Vilyarreal" 5-ci pilləyə yüksəlib. Ardıcıl 3-cü qarşılaşmada qol vura bilməyən "Kral klubu" isə 32 xalla 4-cüdür. Amma Zinəddin Zidanın baş məşqçisi olduğu komandanın ehtiyatda bir oyunu var.

13.01.2018 21:58 / Baxılıb: 386 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo