Miloş Zeman seçkilərin birinci turunun qalibi olub

Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin birinci turunda liderliyi ələ keçirib. 

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  səsvermənin seçki məntəqələrinin 95 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 39,1 faizi (1,87 mln. səs) Miloş Zemana etimad göstərib.

Qeyd edək ki, Çexiyada prezident seçkilərinin birinci turu 12-13 yanvar tarixlərində keçirilib.

Məlumata görə, ikinci tura həmçinin 26,3 faiz səslə (1,25 mln. səs)   Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş adlayıb.

Səsvermədə seçici aktivliyi 61,6% təşkil edib.

Birinci turun yekun nəticələri MSK tərəfindən yaxın saatlarda elan ediləcək.

Prezident seçkilərinin ikinci turu 26-27 yanvar tarixlərində keçiriləcək. 

13.01.2018 21:24 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo