Afrika İttifaqı: Donald Tramp üzr istəməlidir

Afrika ölkələrinin nümayəndələri ABŞ prezidenti Donald Trampdan afrikalıların ünvanına söylədiyi vulqar sözlərə görə üzr istəməyi tələb ediblər.

Azadinform-un “DW” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Afrika İttifaqının ABŞ-dakı nümayəndəliyinin bəyanatında deyilir.

Afrika qitəsinin 54 ölkəsinin imzaladığı bəyanatda tələb olunur ki, Tramp “murdar ölkələrdən olan immiqrantlar” ifadəsini geri götürsün.

Nümayəndəlik bildirib ki, Afrika ölkələri ABŞ prezidentinin xəyanətkar, irqçi və ksenofob ifadələrindən təəccüblənir və Afrika qitəsinin təhqir edilməsinə yönəlik tendensiyadan narahatdır.

Xatırladaq ki, ötən gün D. Tramp Demokratlar Partiyasından və Respublikaçılar Partiyasından olan konqresmenlərlə görüşündə deyib ki, ABŞ Haitidən və “murdar” Afrika ölkələrindən olan immiqrantları deyil, Norveç kimi ölkələrdən olan immiqrantları qəbul etməlidir.

13.01.2018 19:26 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo