Neymar dələduzluq məsələsinə görə məhkəməyə çağrılacaq

Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliyanın “Santos” klubundan İspaniya təmsilçisi “Barselona”ya keçidi zamanı dələduzluğa yol verdiyi iddiası ilə bağlı məhkəməyə çağrılacaq.

Azadinform “El Pais”ə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə yanaşı, Kataloniya klubunun hazırkı rəhbəri Jozep Bartomeu və sabiq prezidenti Sandro Rosel də hakim önünə çıxarılacaq.

Məhkəmə Neymarın transfer hüququnun bir hissəsinin məxsus olduğu DIS fondunun şikayəti əsasında baş tutacaq. Qarşı tərəf futbolçunun “Barselona”ya keçidindən yetərincə qazanac əldə edə bilməməkdən narazıdır.

Qeyd edək ki, Neymar 2013-cü ilin mayında 57,1 milyon avro müqabilində “Barselona”ya transfer olunub. Lakin daha sonra transferin real dəyərinin daha yüksək olduğu ortaya çıxıb. Braziliya yığmasının forvardı ötən yay rekord məbləğ qarşılığında – 222 milyon avroya PSJ-yə keçib.

13.01.2018 18:21 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo