Hindistanda şagirdləri daşıyan qayıq batıb

Hindistanın qərb sahilləri yaxınlığında 40 şagirdi daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 4 uşaq həlak olub.

Azadinform xəbər verir ki, insident yanvarın 13-də səhər saatlarında ölkənin qərbində yerləşən Maharaştra ştatının Dahanu şəhəri sahillərində qeydə alınıb.

Qəza zamanı qayıqda 40 məktəbli olub. Onlardan 25-i xilas edilib.

Hazırda hadisənin baş verdiyi ərazidə 11 şagirdin axtarış-xilasetmə əməliyyatı aparılır.

13.01.2018 17:32 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo