"Oskar" namizədlərinə səsvermə başa çatdı

Amerika kinematoqrafiya akademiyası "Oskar" mükafatına namizədlərin seçimi ilə bağlı keçirilən səsvermənin başa çatdığını elan edib.

Azadinform xəbər verir ki, siyahı 23 yanvar tarixində elan ediləcək.

Akademiyanın Tvitter səhifəsində yazılıb: "Oskar namizədlərinə səsvermə bu gün başa çatdı. 23 yanvar tarixində kimi dəstəkləyəcəksiniz?"

Qaliblərin final seçimi 20-27 fevral tarixləri arasında keçiriləcək. 4 mart tarixində "Oskar" mükafatları sahiblərinə təqdim ediləcək.

"Ən yaxşı film" mükafatı uğrunda 341 film mübarizə aparır.

13.01.2018 17:16 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo