Amine Gülşe ilə Mesut Özilin sevgisi sərhəd aşdı

Bu il ailə qurmağı planlaşdıran Amine Gülşe ilə Mesut Özilin sevgisi əcnəbi ölkədə də məşhur olub. 

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə, Almaniya, İngiltərə və İsveçdə qəzetlərin manşetində yer alan cütlüyün indi də İndoneziyada fanatları ortaya çıxıb. 

Bir gənc qızın onların adına açdığı səhifə qısa vaxtda 28 min izləyici toplayıb. Sosial şəbəkədə Amine ilə Mesuta təriflər yazan gənclər maraqlı bir plan hazırlayırlar. Pərəstişkarları cütlüyün toy günündə onlara sürpriz edəcəklər. Belə ki, gənclər İndoneziyada da bir toy təşkil edəcəklər. Gənclər toy üçün hazırlıqlara artıq başlayıblar. 

"Arselan"ın ulduzu Mesutun Londondakı 144 milyon lirəlik (təxminən 70 milyon manat) malikanəsində hazırda Amina yaşayır. O, toylarının İsveçdə olmasını istəyir. Cütlük Mesutun doğulduğu Almaniyada, daha sonra isə İstanbulda toy üçün qonaqlıqlar edəcək.

13.01.2018 16:48 / Baxılıb: 200 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo