ABŞ-da aktiv neft quyularının sayı artıb

ABŞ-da aktiv neft quyularının sayı 8-12 yanvar tarixlərində 10 ədəd və ya 1,35% artaraq 752 ədəd təşkil edib.

Azadinform xəbər verir ki, məlumatı ABŞ-ın "Baker Hughes" şirkəti yayıb.

Bu da keçən ilin iyun ayından indiyədək aktiv neft quyularının sayında ən sürətli həfəlik artımdır.

Bununla yanaşı, ABŞ-dakı qar fırtınası və şaxta ilə bağlı ölkənin xam neft hasilatı ötən həftə kəskin aşağı düşüb.

ABŞ Energetika Nazirliyi Enerji Məlumat İdarəsinin çərşənbə günü açıqlanan hesabatına əsasən, ölkənin xam neft hasilatı ötən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 290 min barel azalaraq gündəlik 9,49 mln. barelə düşüb.

İdarənin yanvar ayında açıqladığı proqnoz hesabatına əsasən, ABŞ-da gündəlik xam neft hasilatının bu il 10 mln. barel olması ehtimal edilir. Ölkənin xam neft hasilatının 2019-cu ildə gündəlik təxminən 10,8 mln. barelə yüksəlməsi, 2019-cu ilin noyabrında isə 11 mln. barel/gün həddini üstələcəyi və yeni rekorda çatacağı gözlənilir. 

13.01.2018 16:37 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo