Maşınla traktor toqquşub, sürücülər xəsarət alıb

Ağdaş rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Hadisə rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdaş sakini Şahin Dünyamin oğlu Ağalarovun idarə etdiyi “ VAZ - 21015” markalı avtomobil rayonun Kotavan kənd sakni Samir Seyidağa oğlu Zakirovun idarə etdiyi “Belarus” markalı qoşqulu traktorla toqquşub. 

Hadisə nəticəsində hər iki sürücü yüngül xəsarət alıb. “VAZ -21015” markalı avtomobilə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. (report)

13.01.2018 16:09 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo