Neftçi Makedoniya klubu ilə qarşılaşacaq

Bakının “Neftçi” futbol klubunun Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Azadinform xəbər verir ki, paytaxt klubu yanvarın 30-da Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” Antalyadakı hazırlıq prosesi dövründə yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, ayın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək. Yanvarın 14-də isə “ağ-qaralar” “Keşlə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq oyun saat 15:00-da start götürəcək.

13.01.2018 14:45 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo