Azərbaycan karateçiləri üç medal qazanıblar

AZADİNFORM. Azərbaycan karateçiləri Xorvatiyanın Samobor şəhərində təşkil olunan Qran-pri turnirinin ilk yarış günündə 2 qızıl 1 bürünc medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından Azadinform-a verilən məlumata görə, Fərid Ağayevlə (52 kq) Fidan Dadaşova (47 kq) çempion olub. Tale Yaqubov (63 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək Qran-pri turniri fevralda Rusiyada keçiriləcək Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.

13.01.2018 14:18 / Baxılıb: 149 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo