Türkiyənin Qarabağ münaqişəsinə dair siyasəti hər bir beynəlxalq platformada nəzərə çarpır

Samir Soltanov/AZADİNFORM. “Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstək beynəlxalq hüquq normalarına uyğundur”. 

Azadinform xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Türkiyə mətbuatına bildirib. Səfir qeyd edib ki, bir çox insanlar yanlış olaraq düşünürlər ki, Türkiyə beynəlxalq arenada Azərbaycanı yalnız iki ölkənin qardaş olduğu üçün dəstəkləyir: “Bəli, bu həqiqətdir. Biz qardaşıq, amma insanlar unudurlar ki, Türkiyə haqlı olaraq beynəlxalq hüquqa əsaslanan qərarlar qəbul edir və siyasət yürüdür. Türkiyə beynəlxalq qanunlara ciddi əməl edir. Türkiyə məsul bir beynəlxalq oyunçu kimi böyük bir rol oynayır”. 
Xəzər İbrahim vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə aydın mövqeyə malikdir: “Türkiyənin mövqeyi bundan ibarətdir ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən ədalətlə həll edilməlidir, erməni qoşunları Azərbaycan torpaqlarından çıxarılmalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın ərazisinin 20 faizinin işğalı bütövlükdə region üçün problemdir. Bu, tam regional əməkdaşlığa imkan vermir və təhlükəsizliyi pozur. Bu həm də qlobal məsələdir. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair siyasəti hər bir beynəlxalq platformada nəzərə çarpır. Türkiyə bu siyasəti hər yerdə, istər İslam Əməkdaşlıq Təşkilatı (İƏT), istərsə də BMT-də aktiv şəkildə həyata keçirir”.

13.01.2018 13:30 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo