Klubların növbəti reytinqi Qarabağ 1 pillə irəlilədi

Samir Soltanov/AZADİNFORM. Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb. 

Azadinform xəbər verir ki, “clubworldranking”in təqdim etdiyi siyahıda Azərbaycandan 4 klub yer alıb. Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadır. Ağdam klubu son siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Qurban Qurbanovun komandası 1169 xalla 541-ci pillədə qərarlaşıb. 

“Keşlə” 368 xalla 781-ci (-2),  “Qəbələ” 255 xalla 822-ci (0), “Zirə” isə 217 xalla (0) 844-cüdür. 
Qeyd edək ki, siyahıya 17500 xalla "Real" başçılıq edir. “Barselona” 15970 xalla 2-ci, “Atletiko” 13383 xalla 3-cü pillədə qərarlaşıb.

13.01.2018 13:20 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo