36 ton pambıq tədarük olunub

Samir Soltanov/AZADİNFORM. Yanvarın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 207 min 365 ton məhsul təhvil verilib. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, ötən gün 36 ton pambıq tədarük olunub. 
Hazırda pambıq tədarükü 22 pambıqçılıq rayonundan 11-də davam etdirilir. Pambıq tədarükündə Saatlı (25,7 min ton), Biləsuvar (24,7 min ton), Bərdə (22,4 min ton), Ağcabədi (20,4 min ton) və Sabirabad (18,1 min ton) rayonları irəlidədir. 
Xatırladaq ki, indiyədək qəbul məntəqələrinə ötən mövsümdəkindən 2,3 dəfə çox pambıq təhvil verilib.

13.01.2018 12:36 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo