Biləsuvarda 22,6 km yol yenidən qurularaq istifadəyə verilib Fotolar

Samir Soltanov/AZADİNFORM. Biləsuvar rayonu ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb. 

Agentliyin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, 22,6 kilometr uzunluğunda olan Birinci–On birinci qəsəbələrarası avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Burada hərəkət hissəsinin eni 6 metr olmaqla ümumi yol yatağının eni 10 metr təşkil edir. 

Tikinti layihəsi çərçivəsində yolboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yeni yol əsası inşa olunub. Daha sonra yol 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 135 min kvadratmetr sahəni əhatə edib. 
Bundan başqa, yenidən qurulan yolun üzərində yerləşən 12 avtomobil körpüsü əsaslı şəkildə təmir edilib, yolboyu 12 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib. 
Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolboyu 904 ədəd siqnal dirəyi, 220 ədəd isə yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib. 
Qeyd olunub ki, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə 11 yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi, həmçinin yük və sərnişin daşınması asanlaşıb.

13.01.2018 11:15 / Baxılıb: 85 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.01.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo