Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin açılışı təxirə salınıb (Yenilənib)

Samir Soltanov/AZADİNFORM. Bu gün səhər saatlarından istifadəyə verilməsi nəzərdə tutulan “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı təxirə salınıb. 

Bu barədə Azadinform-a Bakı Nəqliyyat Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, müəyyən texniki məsələlərə görə "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi gələn həftə sərnişinlərin istifadəsinə veriləcək.


10:52



Samir Soltanov/AZADİNFORM. Bu gün səhər saatlarından etibarən “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə verilib. Azadinform xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib. 

M.Ağayevin sözlərinə görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.
“Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-nə hərəkət etməsi təmin olunacaq”, - deyə M.Ağayev əlavə edib.

13.01.2018 11:47 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo