Bu ölkədə quş qripi aşkarlandı

Samir Soltanov/AZADİNFORM. Britaniyada quş qripi aşkarlanıb. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, H5N6 virusuna yeni yoluxma halları Dorset qraflığında 17 çöl quşunda qeydə alınıb. Bu məlumatı Britaniyanın Səhiyyə Nazirliyi də təsdiqləyib. Bildirib ki, bu, 2017-2018-ci ilin qış aylarında aşkar olunmuş ilk yoluxma hadisəsidir.  
Qeyd olunur ki, xəstəlik ərzaq məhsulları üçün təhlükə yaratmır.  
Rəsmilər quşçuları təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

13.01.2018 10:36 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo