ABŞ nüvə silahlarının sayını artırmaq istəyir

Samir Soltanov/AZADİNFORM. ABŞ nüvə silahlarının sayını artırmaq istəyir. 

Azadinform apa-ya istinadən xəbər verir ki, bu barədə “Huffington Post” ABŞ-ın nüvə doktrinası layihəsinə istinadən məlumat verib. 

Layihənin mətninə görə, Tramp administrasiyası aşağı qüvvəli nüvə silahlarının sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. 
“Rusiya Sovet İttifaqı deyil, soyuq müharibə isə keçmişdə qalıb. Yaxşı münasibətləri saxlamaq üçün bütün səylərimizə baxmayaraq, Rusiya ABŞ və NATO-nu əsas rəqib sayır, Avrasiyada dağıdıcı geosiyasi məqsədlərinin həyata keçirilməsinə maneə kimi qiymətləndirir”, mətndə vurğulanıb. 
Layihənin müəlliflərinə görə, Rusiya ilə yanaşı Şimali Koreya da ABŞ üçün ciddi təhlükə kəsb edir.

13.01.2018 10:13 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo