Azərbaycanda neft və kondensatın gündəlik hasilatı 0,79 milyon barrel olacaq Proqnoz

Samir Soltanov/AZADİNFORM. 2018-ci ildə Azərbaycanda neft və kondensatın gündəlik hasilatı 0,79 milyon barrel təşkil edəcək. 

Azadinform xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası (EIA) İdarəsinin proqnozunda deyilir. 

EIA qeyd edib ki, 2017-ci ildə gündəlik neft və qaz hasilatı 0,8 milyon barrelə bərabər olub. 
2019-cu ildə isə bu göstəricinin 0,77 milyon barrelə bərabər olacağı proqnozlaşdırılır. 
Proqnozlara əsasən, 2018-ci ilin birinci rübündə orta sutkalıq neft hasilatı 0,81 milyon barrel, ikinci rübündə 0,8 milyon barrel, üçüncü rübündə 0,78 milyon barrel, dördüncü rübündə 0,77 milyon barrel təşkil edəcək. 
Eyni zamanda 2019-cu il üçün gündəlik neft hasilatı birinci və ikinci rüblərdə 0,78 milyon barrel, üçüncü rübdə 0,77 milyon barrel, dördüncü rübdə 0,76 milyon barrel həcmində proqnozlaşdırılır. 
Qeyd edək ki, Azərbaycanda hasil olunan neftin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə olunur. BP-nin məlumatına görə, 2016-cı ilin əvvəlinə olan vəziyyətə əsasən Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları 7 milyard barrel təşkil edir.

13.01.2018 10:05 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo