108 cinayət faktından 23-ü "isti izlər"lə açılıb

Samir Soltanov/AZADİNFORM. Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. 

DİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Gün ərzində respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

13.01.2018 09:57 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo