ABŞ prezidenti İranı terrorçuluğun əsas sponsoru adlandırıb

ABŞ prezidenti Donald Tramp İranı terrorçuluğun əsas sponsoru adlandırıb və onu terror təşkilatlarına, xüsusən “Hezbollah” və HƏMAS-a dəstək verməkdə ittiham edib.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin bəyanatında deyilir.

"İran rejimi dünyada terrorizmə sponsorluq edən əsas dövlətdir. Onun hərəkətləri "Hezbollah"a, HƏMAS-a və başqa terrorçulara xaosu yaymaq və günahsız insanları öldürməyə imkan verir", - deyə Trampın bəyanatında deyilir.

Amerika liderinin sözlərinə görə, İran Yaxın Şərqdə dağıntıları genişləndirmək üçün 100 mindən çox döyüşçünü maliyyələşdirib, silahlandırıb və hazırlayıb. 

12.01.2018 23:57 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo