Praqada avtobus qəzası baş verib

Çexiyanın paytaxtı Praqada şərnişin avtobusu "Škod Superb" markalı avtomobilə, sonra isə yolun kənarındakı ağaca çırpılıb.

Azadinform RİA "Novosti"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər ölüb, aralarında 2 uşaq olmaqla, 30-a yaxın sərnişin xəsarət alıb.

Bir neçə sərnişinin deformasiyaya uğramış avtobusun içində qaldığı bildirilir. Hazirda yanğın söndürən briqadanın əməkdaşları sərnişinlərin avtobusdan çıxarılması ilə məşğul olur.

Hadisə yerinə 11 təcili yardım briqadası cəlb olunub. Qəza ilə əlaqədar rayonda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Polis hadisə ilə bağlı istinaqa başlayıb. 

12.01.2018 23:36 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo