Şəmkirdə sürücü sükan arxasında ölüb

Şəmkir rayonunda yük avtomobilinin sürücü sükan arxasında ölü vəziyyətdə tapılıb.

Məlumata görə, hadisə rayon Avtovağzalının yaxınlığında baş verib.

Belə ki, avtovağzalda dayanmış yük avtomobilinin sürücü sükan arxasında ölmüş vəziyyətdə aşkarlanıb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş sürücünün cəsədi müayinə olunmaq üçün ekspertizaya aparılıb. 

İlkin məlumata görə, cəsədin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Onun ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

12.01.2018 23:21 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo