"Nordstar" aviaşirkəti Norilskdən Bakıya yeni aviareys açır

Rusiyanın “Nordstar” aviaşirkəti martın 5-dən etibarən Norilsk-Samara-Bakı marşrutu ilə uçuşlara başlayacaq.

Azadinform bu barədə TASS-a istinadən xəbər verir.

Yeni marşrutla aviareysin istifadəyə verilməsi ilə Azərbaycan paytaxtına uçuşların sayı həftədə 2 dəfəyədək artırılacaq. Uçuşlar "Boeing-737-800" layneri ilə həyata keçiriləcək. 

Hazırda aviaşirkət Bakıya uçuşları Ufa şəhərindən keçməklə həyata keçirir. 

“Nordstar” aviaşirkəti “Nornikel” şirkətlər qrupuna daxildir və ildə 1 mln. sərnişin dövriyyəsi ilə Rusiyanın iri aviaşirkətləri sırasındadır. Şirkətin aviaparkı "Boeing-737-800" və "ATR-42-500" təyyarələrindən ibarətdir.

12.01.2018 22:54 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo