Karlovun qətli ilə bağlı daha bir nəfər həbs edildi

Türkiyə polisi gün ərzində Rusiyanın bu ölkədəki sabiq səfiri Andrey Karlovun qətlində şübhəli bilinən ikinci şəxsi də həbs edib.

Azadinform xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Ankaranın Polis İdarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, səfirin qətli işi üzrə Türkiyənin İnformasiya-Rabitə Texnologiyaları İdarəsinin keçmiş əməkdaşı saxlanılıb. Ankara Məhkəməsinin qərarı ilə Türkiyə vətəndaşı X.K həbs edilib. Ona qarşı "qəsdən öldürmənin təşkilində əlbir olma" ittihamları irəli sürülüb.

Qeyd edək ki, A. Karlov 2016-cı ilin 19 dekabrında Ankarada fotomüsabiqənın açılışında güllələnib. 

12.01.2018 21:56 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo