Nazirliyin strukturu təsdiqləndi

AZADİNFORM. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiqlənib.

Azadinform-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Bunlar aşağıdakılardır:

1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı (şöbələr və sektorlar).

2. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti.

3. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi.

4. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi.

5. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti.

6. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu.

12.01.2018 21:43 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo