Analitiklər: Bazarlar maksimal həddə yaxınlaşır

Qlobal bazarlar qiymət baxımından maksimal hədlərinə yaxınlaşır.

Azadinform "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı ABŞ-ın nüfuzlu "Bank of America Merrill Lynch" investisiya bankı yayıb.

Bankın məlumatına görə, 4-10 yanvar tarixlərində qlobal miqyasda səhm fondlarına 24 mlrd. dollar, istiqraz bazarına isə 13 mlrd. dollar vəsait daxil olub. Səhm fondlarına daxil olan vəsait indiyədək müşahidə olunan ən yüksək 6-cı həcm göstəricisidir.

Maykl Hartnetin (Michael Hartnett) rəhbərliyi altında strategiya mütəxəssiləri tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, "bazarlar zirvə nöqtəsinə yaxınlaşıb, ilk həddi aşan isə maliyyə aktivləri olacaq".

Hesabata əsasən, qlobal satışların başlaması üçün fondların nağd vəsait mövqeyi 4,3% səviyyəsindən aşağı düşməlidir.

12.01.2018 21:07 / Baxılıb: 153 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo