3E-A18 robotu insanlarla, xüsusilə uşaqlarla əlaqə üçün nəzərdə tutulub

Las-Veqasda keçirilən “CES 2018” Beynəlxalq Elektronika İstehlakçıları Sərgisində “Honda” şirkəti gülümsəyə, ağlaya və ya mürgüləyə bilən robot təqdim edib. “3E-A18” robotu insanlarla, xüsusilə uşaqlarla əlaqə üçün nəzərdə tutulub. Onun rəqəmsal sifəti müxtəlif ifadələri, o cümlədən qəzəb və həyəcanı göstərə bilir.

Azadinform “futurist.ru” saytına istinadla xəbər verir ki, yumşaq rezin tekstura ilə örtülmüş robot bir təkər üzərində hərəkət edir. Şirkət nümayəndələri ondan hava limanları və ticarət mərkəzlərində istifadə etməyin mümkün olacağını bildiriblər. “3E-A18” robotu emosiyaları ifadə etməklə yanaşı, həm də insan emosiyalarını tanıyır.

12.01.2018 20:56 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo