Afinada minlərlə insan küçələrə çıxıb

Bu gün Yunanıstanın paytaxtı Afinada kreditorların tələbi ilə tətbiq edilən sərt iqtisadiyyat tədbirlərinə qarşı kütləvi etirazlar davam edib.

Azadinform Yunanıstan KİV-inə istinadən xəbər verir ki, cümə günü Afina küçələrinə, təxminən, 9 min adam çıxıb və bu, şəhərin bəzi yerlərində tıxaclara səbəb olub.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Nümayişçilər ölkədə yeni iqtisadi tədbirlər haqqında qanuna qarşı çıxırlar. Parlamentdə qanun layihəsi üzrə səsvermə yanvar 15-nə təyin edilib.

Qeyd olunur ki, yanvarın 15-də Yunanıstanda nümayişlər bərpa ediləcək.

12.01.2018 20:18 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo