Qazaxıstan iqtisadiyyatı 2017-ci ildə 4% artım göstərib

2017-ci ildə Qazaxıstanda 4% iqtisadi artım qeydə alınıb.

Azadinform "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin milli iqtisadiyyat naziri Timur Suleymenov verib. Nazir 2017-ci ildə ölkədə 7,1% inflyasiya qeydə alındığını qeyd edib.

İqtisadiyyatın əsas hərəkətverici sahələri istehsal, investisiya fəallığının artması, daxili tələbin yüksəlməsi olub. İqtisadi artımda qeyri-neft sektorunun payı 60% təşkil edib. İqtisadiyyatın, demək olar ki, bütün sahələrində istehsalın artımı qeydə alınıb.

Ən çox artım 7,1%-lə sənayedə, 4,8%-lə nəqliyyatda, 3,3%-lə rabitədə və 3,2%-lə ticarətdə olub. Emal sənayesi 5,1%-lə son 5 ilin maksimum artımına nail olub. Əczaçılıq sektoru 41,8% artım göstərib. Xarici ticarət dövriyyəsi illik müqayisədə 25,1% artaraq 69,5 mlrd. dollar, işsizlik 5% təşkil edib. 

12.01.2018 20:07 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo