Moldova millisinin yeni baş məşqçisinin adı dəqiqləşib

Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib.Azadinform-un yerli mətbuata istinadən məlumatına görə, bu posta Aleksandr Spiridon gətirilib.

O, bu vəzifədə İqor Dobrovolskini əvəzləyib. Spiridon Moldova Futbol Federasiyası ilə 1+1 il sistemində müqavilə imzalayıb. O, sabahdan təlim-məşq toplanışına start verəcək.

Moldova yığması 57 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk oyununu yanvarın 27-də Cənubi Koreyaya qarşı keçirəcək. Bundan 3 gün sonra isə moldovalılar Antalyada Azərbaycan millisi ilə yoxlama görüşündə üz-üzə gələcəklər.

Məşqçilik karyerasına 1992-ci ildə “Zimbru”da başlayan Aleksandr Spiridon 2001-ci ildə Moldova yığmasına rəhbərlik edib. Həmin vaxt komanda onun rəhbərliyi altında 4 oyun keçirib. Maraqlıdı ki, debüt matçında Azərbaycanla üz-üzə gələn Spiridonun komandası 2:0 hesablı qələbə qazanıb. Sonrakı 3 görüşdə isə onun yetirmələri Portuqaliya, Slovakiya və Türkiyəyə məğlub olub.

2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unda Mirça Luçeskunun köməkçisi kimi fəaliyyət göstərmiş Spiridon 2008-09 mövsümündə UEFA Kubokunu qazanıb. 2016-cı ildə “Zenit”ə yollanan Luçesku onu da özü ilə aparıb. Spiridonun son iş yeri məhz “Zenit” olub. Belə ki, rumıniyalı mütəxəssis Rusiya klubundan ayrılaraq Türkiyə yığmasının “sükanı arxası”na keçdiyi zaman 57 yaşlı mütəxəssis də “Zenit”i tərk edib.

12.01.2018 19:45 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
    24.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo