Deputatlar Tehrana səfər edəcək

Samir Soltanov/AZADİNFORM. Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyasında iştirak etmək üçün bu gün İranın paytaxtı Tehrana səfər edəcəklər. 

Azadinform xəbər verir ki, məlumatı MM yayıb. Məlumata görə, sessiyada proqram və gündəliyin qəbulundan sonra qurumun baş katibinin məruzəsi dinləniləcək, nümayəndə heyətləri rəhbərlərinin, müşahidəçilərin çıxışları olacaq, Ümumi Komitənin 20-ci toplantısının hesabatı təqdim ediləcək. Tədbirdə qurumun yeni Baş katibi və büro üzvləri  seçiləcək. 
Yığıncaqda Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri və hesabatları müzakirə ediləcək. 
Tədbirdə 2018-ci il üçün İƏTPİ Ümumi Komitəsinin üzvlərinin təyin olunması, İcraiyyə Komitəsinin, daimi komitələrin üzvlərinin seçilməsi, İƏTPİ Konfransının 14-cü və 15-ci sessiyalarının, İcraiyyə Komitəsinin 40-ci iclasının keçiriləcəyi tarix və yerin müəyyənləşdirilməsi ilə bağlı məsələlərə baxılacaq. Sessiyanın sonunda yekun hesabat və yekun kommünike qəbul olunacaq. İƏTPİ Konfransı çərçivəsində qurumun daimi komitələrinin iclasları keçiriləcək. Siyasi məsələlər üzrə komitənin yığıncağında Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı barədə məsələyə münasibət bildiriləcək. Səfər yanvarın 18-də başa çatacaq.

12.01.2018 19:00 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo