Azərbaycan Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq

Samir Soltanov/AZADİNFORM. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək milli komandamızın hazırlıq proqramında dəyişiklik olub. 

Azadinform AFFA-nın saytına istinadən xəbər verir ki, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq. 

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər. 
Qeyd edək ki, millimizin yanvarın 30-da Moldova ilə yoxlama oyunu nəzərdə tutulub.

12.01.2018 18:53 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo