TAP AG konsorsiumu bakteriyaya yoluxmuş 2 zeytun ağacını kəsib

Samir Soltanov/AZADİNFORM. Transanadolu boru kəmərinin (TAP) tikintisini həyata keçirən TAP AG konsorsiumu Apuliya vilayətində “Xylella fastidiosa” bakteriyası ilə yoluxmuş iki zeytun ağacını kəsib. 

Azadinform xəbər verir ki, bu barədə konsorsiumun yaydığı məlumatda deyilir. 

Qeyd olunur ki, bir müddət əvvəl toplanmış nümunələrdə San Bazilio qəsəbəsindəki 16 iri zeytun ağaclarından ikisinin xəstəliyə yoluxduğu məlum olub. 
“Xylella fastidiosa” bakteriyası 50 fəsiləyə aid 200-ə yaxın bitki növünü məhv etməyə qadirdir.

12.01.2018 18:46 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo