İtaliya sahillərində təqribən 300 miqrantı daşıyan gəmi boşaldılıb

Arzu Ağayeva/AZADİNFORM. İtaliyanın Sahil Mühafizə dəstəsi Aralıq dənizinin Kalabriya sahillərində 264 miqrantı daşıyan gəmini boşaldıb. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, Kroton liman şəhərinin sahillərində aparılan xilasetmə əməliyyatlarına bir neçə sahil mühafizə gəmiləri, o cümlədən ingillis gəmiləri də qoşulub. Bildirilir ki, qaçaq miqrantlar Kroton şəhərinə çatdırılıblar. 

Qeyd edək ki, 2017-ci ildə 119 min qaçaq miqrant İtaliyaya daxil olub. Bu isə 2016-cı il ilə müqayisədə 35% azdır.

12.01.2018 18:19 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo