BMT-dən Trampa cavab Bu, irqçilikdən başqa bir şey deyil

Ləman Hüseynzadə / AZADİNFORM. Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ prezidenti Donald Trampın ölkəsinə daxil olan qaçqınlar barədə işlətdiyi ifadələrinə sərt reaksiya verib. 

Azadinform xəbər verir ki, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarının nümayəndəsi Rupert Kolvill Trampın “zibil qutusu” fikrini “şokedici və utancverici” adlandırıb: “ABŞ prezidentinin bu sözlərini “irqçilik”dən başqa heç bir sözlə ifadə etmək mümkün deyil”.

Qeyd edək ki, Donald Tramp bir toplantıda Haiti, Salvador və Afrika ölkələrindən gələn qaçqınlar barədə “bu “zibil qutusu” ölkələrdən niyə bu insanları qəbul edirik?” deyib.

12.01.2018 18:05 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo