Assosiasiya prezidenti: Azərbaycanda heç bir terror aktı törədilmir

Leyla Məhərrəmova / AZADİNFORM. “Azərbaycan güclü təhlükəsizlik sisteminə malik olduğu üçün təhlükəsizlik sahəsində çalışan şəxslərin Cənubi Qafqazda səfər edə biləcəyi ölkə seçilib”.

Azadinform xəbər verir ki, bunu “Vestnik Kavkaza” nəşrinə açıqlamasında “Alfa” antiterror birləşməsi veteranlarının beynəlxalq assosiasiyasının prezidenti Sergey Qonçarov deyib.

O qeyd edib ki, Azərbaycan bu gün Cənubi Qafqazda ən sakit ölkədir: “Azərbaycanda heç bir terror aktı törədilmir, siyasi sabitlik təmin edilib”.

Qeyd edək ki, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Azərbaycanı DİN əməkdaşlarının səfəri edə biləcəyi təhlükəsiz ölkələrin sırasına daxil edib.

12.01.2018 17:00 / Baxılıb: 378 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo