Abituriyent jurnalının xüsusi buraxılışı nəşr olunacaq

Eşqin Nuruşov/AZADİNFORM. “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq mümkün olacaq.

Dövlət İmtahan Mərkəzindən Azadinform-a verilən məlumata görə, jurnalda, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, buraxılış imtahanın I və II mərhələləri üçün test tapşırığı nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapacaq. 

 

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:


Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. 


Jurnal aşağıdakı kitabxanalara da göndərilmişdir:


Azərbaycan Respublikası Milli Kitabxanasına;

Ünvan: AZ1000,Bakı,Səbail,Xaqani, 57.


Azərbaycan Respublikası Prezidentinin kitabxanasına;

Ünvan: AZ1005, Bakı, Səbail, Nizami, 58.


Azərbaycan Respublikası Milli Məclisinin kitabxanasına;

Ünvan: AZ1073, Bakı, Səbail, Parlament, 1.


AMEA-nın Mərkəzi Elmi Kitabxanasına;

Ünvan: AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31.


Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına;

Ünvan: AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov 874-cü məhəllə


Bakı Dövlət Universitetinin Elmi kitabxanasına;

Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi-23 (BDU, əsas bina).

12.01.2018 16:50 / Baxılıb: 491 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo