Rusiya DİN və XİN Azərbaycanın təhlükəsizliyi ilə bağlı yayılan məlumata reaksiya verdi

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycan Rusiya Daxili İşlər Nazirliyi əməkdaşlarının səfər etdiyi təhlükəsiz ərazilərin siyahısına daxil olub.

Azadinform xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyası bu barədə açıqlama yayıb.

Qeyd edilib ki, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev tərəfindən təsdiq olunan siyahıya Azərbaycan, Belarus, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Tacikistan, Türkmənistan, Özbəkistan daxildir.

Həmçinin Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da oxşar bəyanatla çıxış edib. O, ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riskli ölkələrin sırasına daxil etməsi ilə bağlı məsələyə münasibətində deyib ki, yalnız Bakıya səfər etməyən, Azərbaycanın mədəniyyəti və siyasi reallıqları barədə məlumatı olmayan şəxslər belə bəyanat verə bilər. Azərbaycana bir neçə dəfə böyük məmnuniyyətlə səfər edən biri kimi deyə bilərəm ki, turistlərə Azərbaycana səfər etmək barədə xəbərdarlıq etmək tamamilə cəfəngiyyatdır”.

XİN rəsmisi əlavə edib ki, Azərbaycan bir çox beynəlxalq idman və mədəni tədbirlərə ev sahibliyi  edib.

12.01.2018 16:31 / Baxılıb: 544 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo