Azercell-dən yeni ilin ilk sərfəli kampaniyası

Eşqin Nuruşov/AZADİNFORM. Yeni ilin ilk günlərində Azercell Telekom 4,5 milyonluq abunəçi ailəsi üçün yeni smartfon kampaniyasına başlayır. 

Azadinform xəbər verir ki, bu gündən etibarən General Mobile 6 kampaniyası çərçivəsində abunəçilər güclü funksionallığı ilə seçilən 4G dəstəkli GM6 telefonuna faizsiz kreditlə ayda 35 AZN ödəyib sahib olmaqla yanaşı, bir sıra üstünlüklər də əldə edəcəklər. Belə ki, kampaniya iştirakçıları hədiyyə olaraq hər ay 5GB internet və üstəlik telefon üçün 1 illik pulsuz Kaspersky Antivirusu əldə edəcəklər.  Kampaniya bütün Azercell ofislərində və diler mağazalarında keçərlidir. 

Siz də Azercell-in yeni sərfəli kampaniyasına qoşularaq, yeni smartfon, mobil inernet və sərfəli danışıq imkanı qazanın. 

12.01.2018 15:40 / Baxılıb: 501 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo