MSK: Rusiya prezidenti olmaq istəyən şəxslərin sayı 70-ə çatıb

Leyla Məhərrəmova / AZADİNFORM. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, martın 18-də keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq istəyən şəxslərin sayı 70 nəfərdir.

Azadinform TASS-a istinadən xəbər verir ki, MSK sədri dekabrın 18-dən etibarən namizədlərin müraciətlərinin qeydə alınması  prosesinin başladığını vurğulayıb.

Qeyd edək ki, bu gün MSK partiyalar tərəfindən namizədliyini irəli sürən şəxslərin sənədlərinin qəbulu prosesini dayandıracaq.

12.01.2018 15:26 / Baxılıb: 401 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo