TAP Avropanın enerji təhlükəsizliyini gücləndirəcək

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi İtaliyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyini gücləndirəcək”. 

Azadinform xəbər verir ki, bu barədə TAP-ın icraçı direktoru Luca Schieppati deyib. O bildirib ki, TAP İtaliya üçün yeni bir təbii qaz təchizat mənbəyi olacaq. İtaliyanın 35 milyard kubmetr qaz tədarükünə dair müqavilələrin müddətinin 2020-ci ilə qədər bitəcəyi nəzərə alındıqda Azərbaycan təbii qazının bu ölkəyə nəqli İtaliyanın enerji təhlükəsizliyini gücləndirəcək. TAP qaz boru kəməri, eyni zamanda, İtaliyanın dekarbonlaşma məqsədlərinə nail olmasına yardımçı olacaq. 

L.Schieppati TAP layihəsinin Yunanıstan, Albaniya və İtaliyadakı icra vəziyyəti barədə də danışıb: “Yunanıstanda 473 kilometr, Albaniyada 162 kilometr boru marşrut xətti boyunca düzülüb. Bundan əlavə, TAP marşrutu üzrə Yunanıstanda 457 kilometr, Albaniyada isə 156 kilometr boru qaynaq edilib. İtaliyaya gəldikdə isə bu ölkədə mikro-tunelin üçün tikinti sahəsinin hazırlanması artıq başa çatıb. 
Qeyd edək ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 380 kilometrində torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. TAP marşrutunun 72 faizindən çoxunda borular xətt boyunca düzülüb. Artıq TAP üzrə 610 kilometrdən çox borunun qaynağı tamamlanıb. Bundan başqa, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 683 kilometrlik ərazi tamamilə təmizlənib.

12.01.2018 15:32 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo