Keçmiş məhkumdan 1,5 kiloqrama yaxın marixuana götürülüb

Samir Soltanov/AZADİNFORM. Keçmiş məhkumdan 1,5 kq narkotik götürülüb. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 11-də Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. 

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Əsgər Hüseynov, sərnişininin isə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov olması müəyyən edilib. 
Polis əməkdaşları tərəfindən onların üzərlərinə və avtomobilə baxış keçirilib. Nəticədə avtomobilin arxa oturacağının altında gizlədilmiş, A. Əhmədova məxsus, sellofan torbada olan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb. 
Ekspertizaya təqdim olunan narkovasitənin 1 kiloqram 455 qram marixuana olması barədə rəy verilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır. Saxlanılan şəxslər maddi sübutla birgə istintaqa təhvil veriliblər.

12.01.2018 14:35 / Baxılıb: 333 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo